Menu

Nərimanovda kişi evində özünü bıçaqlayıb

29.07.2020, 00:34
Nərimanovda kişi evində özünü bıçaqlayıb

Bakı sakini özünə bıçaq xəsarəti yetirib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Mustafayev Vasif Arif oğlu evində özünə qarın nayihəsindən kəsici-deşici alətlə xəsarətlər yetirib. O, xəstəxanaya çatdırılıb.

Müayinə zaman ona qarnın ön divarının kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol