Koronavirusa qarşı peyvəndin qiyməti açıqlandı

Amerikanın biotexnika şirkəti “Moderna” COVID-19-a qarşı peyvəndin bir kursunun qiymətini 50-60 ABŞ dolları arası təyin etmək niyyətindədir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Şirkət bu qiyməti ABŞ və digər yüksək gəlirli ölkələr üçün müəyyən edib.

Lakin qiymət dəyişə də bilər. Çünki, daha əvvəl “Pfizer” və “BioNTech” şirkətləri peyvəndin qiymətinin 19,5 ABŞ dolları təyin edib və ABŞ-la 600 milyon ədəd peyvəndin satışı barədə razılıq əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar