Paşinyan nala da vurur, mıxa da, həm Rusiyanın ətəyini buraxmağa qorxur, eyni zamanda da anlayır ki, Rusiyanın ətəyini buraxmadığı təqdirdə ona qərbdən heç bir dəstək gəlməyəcək.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Paşinyan hər dəfə səfərlərində Qərbin Gürcütsana, Ukraynaya, Moldovaya kömək etməsini ön plana çəkərək, Ermənistana yardımların artırılmasını istəyir. Ancaq Paşinyanın bu cəhdlərinə baxmayaraq Qərb Ermənistana yardımlarını artırmayacaq, çünki orada kifayət qədər ağıllı insanlar var:
"Paşinyanın anti-rus mövqeyi Moskvada çoxdan bəllidir, Putin və onun ətrafı üçün Paşinyan yad ünsürdür. Paşinyanın müraciətlərinə, yaltaqlanmalarına baxmayaraq ona etibar etmirlər. Ancaq indi bir reallıq da budur ki, Ermənistanı əllərindən də buraxmaq istəmirlər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı, ordunun yüksək rütbəli zabitləri Rusiya ilə sıx bağlıdılar, ona görə də demək olmaz ki, onlar Paşinyanın, yoxsa Rusiyanın əmrlərini yerinə yetirməyə hazırdırlar".
R.Musabəyov bildirib ki, Ermənistanın xarici siyasətinə gəldikdə, Paşinyan fantaziyalarla yaşayır. Hazırda Ermənistanın Xarici işlər naziri və Müdafiə naziri əvvəlki elitadan Paşinyana miras qalıb və Paşinyan onlara etibar etmir:
"Paşinyan hazırda onları hakimiyyətdən uzaqlaşdırmağa da qorxur, çünki bunun müqabilində Rusiyadan ciddi təziq görə bilər. Paşinyan xarici siyasətdə çalışır ki, ikitərəfli oyun oynasın, amma bu onda alınmır, çünki seçim etmək iqtidarında deyil".


Şərhlər
Ay Rasim, sənə verilən maaşı hər ay 190 manatdan 20 imkansıza vermək və savab qazabmaq olar, heyif ki, sən bunu boynuna almazsan. Ha sən deputatsan, ha deyilsən, sən canın ,düzünü dü nə fərqi, get dincəl, sən dediklərini 90 yaşlı Şəhrəbanı arvad da bikir. Ay politoloq, bəsdi, camaatı güldürmə.
Hörmətli deputat da təxribatlar ustası Rusiyanı birbaşa göstərmnək istəmir.Çünki Rusiya onun babasının bolşeviklik tarixini yaxşı bilir.Necə ki Qazaxda Sarı Şəmistanla Çalpapaq Kərəmin nəvələrini axtarıb tapıblar(Məleykə Abbaszadə və Yaqub Eyubov),eləcə də çox güman ki Rasim müəllimin deputatlığı da Rusiyadan yönləndirilmişdir.Bəli,Paşinyanı "nala-mıxa vurduran" həmin Rusiyadır.Sizin də sevdiyiniz Rusiya!
Ay Rasim, sən nə vaxta qədər 90 yaşlı Şəhrəbanı xalanın da bildiklərini ağıllı sifət edib( o da alınmır) deməklə məşğul olacaqsan. Yorulmadın? Axı ayıbdır, aldığın maaşdan utan, o maaşı ayda 190 manatdan 20 kasıba versələr savab iş olmaznı? Sən ha orada oldun,ha olmadın, özün də bilirsən ki, heç fərqi yoxdur.