Menu

Həbib Nurməhəmmədov son döyüşünün vaxtını açıqladı

29.07.2020, 16:40
Həbib Nurməhəmmədov son döyüşünün vaxtını açıqladı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun Jorj Sen-Pyerlə döyüşünün vaxtı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə 32 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq.

İndiyədək 28 döyüş keçirən Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Qeyd edək ki, Həbibin növbəti rəqibi isə müvəqqəti çempion Castin Geyci olacaq. Onlar arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Şərhlər

Hasan 2020-07-29 17:28:53

Çox bizə lazımdı

İ.Mustafaoğlu 2020-07-29 17:07:28

Uğurlar arzulayıram !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol