BELARUSU QARIŞDIRMAĞA GÖNDƏRİLƏN RUSİYALI MUZDLULAR - Belə yaxalandılar + VİDEO

Belarus televiziyası Minsk ətrafında ötən gecə tutulan 32 rusiyalı muzdlu barədə reportaj verib.Virtualaz.org xəbər verir ki, reportaja əsasən Belarus KQB-sinin xüsusi təyinatlıları muzdluların yerləşdiyi pansionata gecə saatlarında basqın edir və onları yatan yerdə yaxalayır. Kadrlardan görünür ki, saxlanılanların bir çoxunun bədənlərində kriminal aləmlə və muzdlu hərbi fəaliyyətlə əlaqəli olan “nakolkalar” yer alır.

Saxlanılanların geyimlərində “Bizim biznes ölümdür və biznes yaxşı gedir” sözləri yazılmış nişanlar, ərəb dilində mətn, dollarlar, Rusiya rublu və Sudan pulları, hərbçiləri üçün detektora dair təlimat, ərəblərin baş örtüsü, Rusiya pasportları, prezervativlər tapılıb.

Bu ləvazimatlar arasında hərbçilərin uniformasına bərkidilən “özümüzünkü-yad” vericisinə dair təlimat xüsusi diqqət cəlb edir. Bu vericilər xüsusi təyinatlı döyüşçülərin uniformalarında olur və onların məqsədi gecə döyüşləri zamanı gecəgörmə kameraları tərəfindən döyüşçünün identifikasiyası, beləliklə də onlara “dost atəşinin” açılmasının qarşısının alınmasıdır. Belarus ordusunda belə vericilər yoxdur və o, əsasən ABŞ ordusunda tətbiq olunur.

Xatırladaq ki, Belarus hüquq mühafizə orqanları avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində ölkədə qeyri-stabillik yaratmaq üçün Rusiyadan 200-ə yaxın muzdlunun göndərildiyini bəyan edib. Onlardan bir qrupu yaxalanıb.

635x100

Şərhlər

vidadi goyce 2020-07-30 16:59:51

ilk terroru ruslar edb

musa 2020-07-30 15:29:58

RF dövlətinin hər üzü budur belə simasız dövlat bir də ermənistandır

Vətəndaş 2020-07-30 12:58:56

Rus imperiyasının sonu çatır. Ona görə çabalayır,başqa kiçik ölkələri şantaj edir,böyük problemlərə salır. Ona görə ehtiyyatlı olmaq lazımdırş Bunların sonuna az qalıb. Rus milləti azalıb,lap az qalıb. Rusiya əhalisinin çoxu Türk dillilər və müsəlmanlardır. Rus miləti o qədər azalıb ki, o bayda ərazini,imperiyanı bir neıə ildən sonra idarə edə bilməyəcək,və süquta uğrayacaq. İnşallah

t.ədalət 2020-07-30 12:26:29

Sovet dövründə olduğu kimi izi itirmə üsulları və digər metodlarla hazırlanmış bu vəhşilərin əxlaqı Rusiyanın dövlətçilik əxlaqıdır.Yalan,araqarışdırma,terror,sivil insanların öldürülməsi--hamısı Rusiyanın simgəsidir.

Son yazılar