Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd İran istehsalı 81 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdiriləcək.

635x100

Şərhlər

müəllim 2020-07-31 10:07:32

Farsların hələ çox cinayətləri açılacaq

t.ədalət 2020-07-30 23:25:23

Ərazilərimizi atəşə tutan ermənilər silah və sursatlarını həmişə İrandan alıblar.Yadımdadır,müharibənin ilk vaxtlarında Ağdam üzərindən keçən bir İran təyyarəsini ermənilər səhvən vurmuşdular.Sonradan bəlli oldu ki,həmin təyyarə "sərnişin" daşımaq adı ilə ərazilərimizdə ermənilərin xeyrinə kəşfiyyat işləri aparırmış.

Xalq 2020-07-30 22:49:51

bu da irana sübut. Preskonferensiya çağırın,iran səfirliyinin nümayəndəsini də çağırın video faktları ortaya qoyun.

Son yazılar