Menu

Fransa Qarabağ tənzimləməsinə bütün səyləri göstərəcəyini vəd edir - Bəs, Azərbaycan cəmiyyəti nə fikirdədir?

31.07.2020, 00:16
Fransa Qarabağ tənzimləməsinə bütün səyləri göstərəcəyini vəd edir - Bəs, Azərbaycan cəmiyyəti nə fikirdədir?

İyulun 28-də Frasanın Xarici İşlər naziri Jan-İv Le Drian parlamentdə çıxışı zamanı bəyan edib ki, ölkəsi Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində siyasi qərara nail olmaq üçün bütün səyləri göstərəcək.

Fransanın baş diplomatı qeyd edib ki, bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verənlər böyük həyəcan doğurur.

«Hərbi həlli ola bilməz. Siyasi həlli tapmaq lazımdır və mən ümid edirəm ki, bunu etmək mümkün olacaq» - Le Drian bildirib.

O, xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birikdə ATƏT Minsk Qrupunun həmsədridir və Qarabağ münaqişəsinin tənzimlənməsində beynəlxalq vasitəçi funksiyalarını yerinə yetirir. Fransalı diplomat parlament üzvlərini inandırmağa çalışıb ki, Paris məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün bütün səyləri göstərəcək.

Bəs, bu məsələ barədə Azərbaycan cəmiyyətinin mövqeyi necədir? Azərbaycan insanı birmənalı olaraq, Fransanın tərəfsiz vasitəçiliyinə inanmır və bu zaman ötən 25 ilin yaramaz təcrübəsinə əsaslanır. Bu mövqeyi qısaca olaraq belə ifadə etmək olar: 25 ildir bizi aldatmaqla məşğul olmusunuz, yetər!

AzPolitika.info

Şərhlər

Xalq 2020-07-31 00:41:19

Fransanın tənzimləmə prosesinə qoşulmasına yol vermək qətiyyən olmaz. Keçən 25 ildə tənzimlədi bəs edər. Ya Qarabağı boşalt, ya da antiterror əməliyyatı olacaq, vəssəlam-şüdtəmam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol