Menu

Ermənistan atəşkəs rejimini 49 dəfə pozub

31.07.2020, 10:05
Ermənistan atəşkəs rejimini 49 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Şərhlər

t.ədalətə, şəxsən Z.Qasanova 2020-07-31 11:46:41

Yozmayın. İşğal ərazisindən Azərbaycana atəş açan hərbi sursat və obyektlər niyə məhv edilmir? Nəhayət ki,Qanuna cavab verin?

t.ədalət 2020-07-31 10:17:55

Atəşkəsi pozan Rusiyadır.Görünür,Türkiyəni müharibəyə çəkir.Başqa yolu yoxdur.ermənistanı əlində saxlamaq üçün buna məcburdur.Ancaq uğursuz cəhddir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol