COVİD-19-dan VƏFAT EDƏN HƏKİMLƏRİMİZİN SAYI 35-ə ÇATDI - Adlar

Azərbaycanda indiyədək koronovirus infeksiyasına ümumilikdə 31 878 nəfər yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir. Vəfat edənlər arasında pandemiyaya qarşı mübarizəyə səfərbər edilmiş səhiyyə işçilərinin sayı kifayət qədər yüksəkdir.

Dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov dünyasını dəyişib. BeləlikləCOVID-19 virusu ilə mübarizədə itirdiyimiz tibb işçilərinin sayı 35-ə çatıb. “AzPolitika.info” sosial şəbəkələrdə yayılan məlumatlara istinadən onların adlarını təqdim edir:

1.Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov

2. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.

3. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu

4. Kamil Əliyev - Astara Mərkəzi Rayon Xəstəxanası, (MRX) cərrah

5. Mehman Hüseynov - Gəncə şəhəri, ortoped-travamotoloq

6. İbadət Ağayev - Cəlilabad Təcili Tibbi Yardım Stansiyasının (TTYS) həkimi

7. Ceyhun Hacıyev - Bakı şəşəhəri, anestezioloq-reanimatoloq

8. Faiq Yusifov - Respublika OnKoloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı

9. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanasının həkimi

10. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi

11. Fikrət Namazov - ATU-nun onkologiya kafedrasının onkoloqu

12. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanası, reanimasiya şöbəsinin həkimi

13. Zakir Xəlilov - Bakı şəhəri, TTYS-nin həkimi

14. Ruhiyyə Kərimova - Bakı şəhəri, kardioloq

15. Tahir Bababəyli - İstanbul, Başakşehir

16. Tərlan Hüseynli - Mingəçevir şəhəri, stomatoloq

17. Surxay Quliyev - Gəncə şəhəri, TTYS-nin həkimi

18. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxanası, pediatr

19. Cəmşid Abbasov - Gəncə şəhəri, TTYS-nin həkimi

20. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz, Həkim-reanimatoloq

21. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi

22. Surət Abbasov - Gəncə şəhəri, TTYS-nin həkimi

23. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası, rentgenoloq

24. Qəşəm Hüseynov - Bakı şəhəri, TTYS-nin həkimi

25. Sədaqət Həsənova - Bakı şəhəri, N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı

26. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası ortoped-travmatoloq

27. Aidə İsmayılova - Bakı, 25 saylı poliklinikada Terapiya şöbəsinin müdiri

28. Pirverdi Hümbətov - Cəlilabad Qarazəncir kənd həkim məntəqəsini müdiri

29. Cəlil Qocayev - Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi

30. Mətanət Atayeva - Bakı Suraxanı rayonu 23 saylı poliklinikada terapevt

31. Valiyə Peykər - Bakı 7 saylı Doğum Evinin cərrah mama-ginekoloqu

32. Təranə Quliyeva - Bakı 5 saylı Poliklinikanın həkimi

33. Səfərova Zərifə - Bakı Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimi

34. Xasay Bayramov - Sumqayıt TTY-nin həkimi

35. Tofiq Əliyev - Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-07-31 18:14:48

Sanıram onlara şəhidlik statusu verilməlidir. Hətta daha çox fədəkarlq edənlər Milli Qəhraman adı verilnməli və orden medallarla təltif olunmalıdırlar.hraman

Son yazılar