FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.
Apasport.az saytının məlumatına görə, bu, qurumun bəyanatında əks olunub.
FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.
Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.


Şərhlər
Bu adam|n ad|na s0yad|na ve xar|c| g0runusune f|k|r versen|z g0rers|n|zk| bu adam PLAT\N|YE BLATTERE |k| defe ..t0rba.. t|k|b ve nehayet 0 p0sta y|yelen|b!N|YE BELE CANFESANL|Q ED|B! 0zude |talyan! MAF|YA! Burda hec mehkemeye eht|yac y0xd! EM| CAN| BAS|N |CER|!u