Gürcüstanda ərzaq məhsulları bahalaşıb

İyulda Gürcüstanda istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,5% azalma olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 5,7% təşkil edib.

Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 1,6% azalıb. Meyvə və üzüm 11,7%, tərəvəz 8,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 2,7% ucuzlaşıb, qəhvə, çay və kakao isə 2% bahalaşıb.

Geyim və ayaqqabıların qiymətində isə 4% azalma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,5%, alkoqollu içkilər və tütünün qiyməti isə 9% artıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar