ÜST qrupu Çində işini başa çatdırıb - Amma nəticə barədə susur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusunun mənşəyini araşdıran ekspert qrupu Çində işini yekunlaşdırıb, acaq işin yekunları açıqlanmır.
ÜST-ün Baş direktoru Tedros Adanom Gebreyesusun sözlərinə görə, nəticələr gələcək axtarışlar üçün əsas rolunu oynayacaq.
«Biz, virusun mənşəyini öyrənməkdə davam edirik. ÜST-ün Çinə səfər etmiş qabaqcıl qrupu virusun mənşəyinin müəyyən edilməsi istiqamətində gələcək birgə səylərin əsasını qoymaq üçün öz işini başa vurub» - o, bildirib.
ÜST rəhbəri yalnız onu qeyd edib ki, missiyanın işinin nəticələri ondan ibarətdir ki, ÜST və Çin ekspertləri «ÜST-ün rəhbərliyi altında tədqiqatlar və beynəlxalq qrupun fəaliyyət proqramı barədə» adlı sənəd işləyib hazırlayıblar. Bu qrupa Çindən və digər ölkələrdən ekspertlər daxil olacaq.
Qeyd etmək lazımdır ki, ÜST-ün bu cür susqunluğu haqlı şübhələrə yol açır və istiqamət üzrə qeyri-müəyyənliyi bir qədər də artırır.
AzPolitika.info
Şərhlər
ÜST mənasız bir qurumdur.Amerika bunu tez anladı.Ehtimal ki, Çon də onları qovub.İndi onlar Azərbaycan kimi boş sahələrdədirlər.
sən niyə susursan, koronanın mənşəyi barədə.