Menu

I Xuan Karlos İspaniya kralına ölkəni tərk etmək qərarını açıqlayıb

03.08.2020, 23:00
I Xuan Karlos İspaniya kralına ölkəni tərk etmək qərarını açıqlayıb

Öz taxtından imtina etmiş I Xuan Karlos oğlu, İspaniya Kralı VI Filipə bildirib ki, ölkəni tərk etmək barədə qərar qəbul edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sabiq dövlət başçısının hökmdara məktubu kral sarayının saytında dərc edilib.

"Sənə bu vaxt İspaniyanın hüdudlarından kənara köçmək qərarı haqqında öz fikirlərimi bildirirəm", - I Xuan Karlosun məktubunda qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol