Menu

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

05.08.2020, 17:20
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol