Menu

Rusiya və İran Xəzər dənizini NATO-nun üzünə bağlayır

07.10.2014, 16:32
Rusiya və İran Xəzər dənizini NATO-nun üzünə bağlayır

Rusiya və İran Xəzər dənizini NATO-nun üzünə bağlayırlar.

Bunu “Diplomat” dərgisi yazır. İran və Rusiya Xəzəryanı ölkələr arasında yekdil konsensusa nail oldular ki, Xəzər dənizində xarici hərbi qüvvə ola bilməz. Bu da Xəzərdə NATO-nun gələcək hər hansı mövcudluğunu istisna edir.

“Diplomat” dərgisi yazır ki, Rusiya və İranın Qərblə diplomatik gərginliyi artır, onlara Qərbin Xəzərdə hərbi mövcudluğu təhlükləsi də artır. “Xəzər Dənizində Qanun və Siyasət” kitabının müəllifi, xarici siyasət eksperti Bahman Diba deyir ki, “Ukrayna və Gürcüstan kimi ölkələrdə baş verənləri görən Rusiya Soyuq Müharibə dövrünə qaytaran xarici siyasəti canlandırır.” “İran isə qorxur ki, Qərb Xəzəryanı ölkələrdən İranın nüvə proqramına təzyiq kimi istifadə etsin.”

Xəzərdə xarici hərbi qüvvənin olmaması nələrə gətirə bilər? ABŞ-ın İndiana Universitetində professor olan Dmitry Shlapentokh deyir ki, “Rusiya Türkmənistandan

Azərbaycana transxəzər kəmərinin çəkilişinin əleyhinədir. Azərbaycan və Türkmənistan bu kəməri çəkmək istəsə, Rusiya bunun qabağını almaq üçün hərbi gücdən istifadə edə bilər. Əgər NATO bazası olsaydı, Rusiya yəqin ki, bununla barışardı və layihə reallaşardı. “

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol