Estoniyanın Xarici İşlər naziri Urmas Reynslau («Oteçestvo») «Postimees.ee» nəşrinə verdiyi müsahibədə sosial-demokrat Yaak Allikin Rusiya ilə dost münasibətlər qurmaq barədəki çağırışını qınayıb.
«Allik, əlbəttə, böyük siyasi təcrübəyə malik insandır - və onun barəsində demək olmaz ki, söhbət sadəlövhlükdən və ya yanlış ümidlərdən gedir. Mənim qiymətləndirməm qətidir. “Allik doktrinası”nın qəbul olunması hazırda Rusiya təcavüzü altında olan, öz ərazlərini itimiş xalqlara qarşı xəyanət olardı. Bu, həm də müttəfiqlərdən aralanmaq olardı. Üçüncüsü, bunun nəticəsində bizim təhlükəsizliyimiz zəifləyərdi, Rusiyadan asılılığımız artardı. Bu, “Allik doktrinası”nın gerçək mahiyyətidir. Əgər bizim təhlükəsizlik maraqlarımız varsa, əgər biz azad ölkə olaraq qalmaq istəyiriksə, o zaman “Allik doktrinası” bütün bunları təhükə altına alır. Onun tövsiyələri çox konkretdir və əgər onları tam tətbiq esək, bu müttəfiq (NATO üzrə - Red.) qoşunlarının ölkədən çıxarılması, o cümlədən, Rusiyanın tələb etdiyi kimi, vətəndaşlıq və dil siyasətindən imtina etmək demək olardı. Və nəticəsi səssiz və ya səsküylü məğlubiyyət olardı, İstənilən halda bu, Rusiyanın maraqlarına xidmət olardı. Mən, hesab edirəm ki, bizi əhatə edən bütün ölkələr, xüsusilə ilə müttəfiqlər, buna heç nə anlamayacaq üzlə baxardılar» - deyə, XİN başçısı sərt bəyan edib.
Reynslau əlavə edib ki, eston siyasətçilərinin Allikin bəyanatına münasibətini izləyir. «Allik marginal deyil, o, sosial-demokrat partiyasının xeyli stajlı ideoloji liderlərindən biridir. Həm də onun 2013-cü ildəki bəyanatını xatırlayıram. O zaman Allik demişdi ki, Rusiya heç vaxt Estoniyanı zəbt etməyib və bu barədəki söhbətlər insanları qorxutmaq məqsədi daşıyır. O zaman siyasətçilər bunu əlüstü pislədilər. İndi Allikin doktrinası planında mən, səssizliyə dəlalət edən mənzərəni müşahidə edirəm. Bu, onun doğma partiyasına aiddir… Bu məni çox məyus edir» - nazir qeyd edib.
«Baxın, axır ki, gördük: köklü olmayan əhalinin assimilyasiyası siyasətindən əl çəkmək və Rusiya ilə münasibətləri normalaşdırmaq çağırışı indi milli xəyanətə bərabər tutulur. Əgər nazirlər vətəndaşlar tərəfindən səsləndirilən təşəbbüslərə belə reaksiya verməyə başlasalar kədərli çağlar gözlənilir» - deyə, sosial şəbəkələrdə Tallinin «Stolitsa» nəşrinin baş redaktoru Aleksandr Çaplıgin yazır.
«Mən, bir qədər sadə dildə ifadə etmək istəyirəm. Əgər «Allik doktrinası»nı qəbul etsələr, o zaman Reynslau və Co özünün isti postundan məhrum olar. Buna görə də isterika yaradırlar» - deyə, «Tribuna.ee» eston portalının relaktoru Rodion Denisov əlavə edir.
Baxın, sonuncuların ikisi də mlliyyətcə rusdur - 5-ci kolon nümayəndəsidir və Rusiyaın maraqlarına xidmət edirlər.
Estoniya təcrübəsindən göründüyü kimi, artıq dünyanın əksər güşələrində Rusiyadan kənarlaşma meylləri artır və hamı Rusiyaya təcavüzkar mahiyyəti üzrə yanaşmağa üstünlük verir - artıq , proses başlanıb.
AzPolitika.info


Şərhlər
rusiya Qafqazdan get, səni burada istəmirlər, zorla olan sevgi zorlamadır bunu başa düş!