Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlər müzakirə olunub. Fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı 2020-ci ilin dövlət büdcəsinin dürustləşməsi ilə də bağlıdır.
Layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azalıdılması nəzrdə tutulur. Həmçinin, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmalar nəzərdə tutulur.
Deputat Vüqar Bayramov bildirib ki, əvəlla, layihədə DSMF-in gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərın aparılması təklif olunur.
Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələt üzrə həmin məbləğ qədər artım təklif olunur.
"Pandemiyanın real sektorada aktivliyin azaltdığını və eləcə də sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünkü nəticə etibarı ilə, aktivlik azalırsa bu ödənişlərin də azalmasına səbəb olmalıdır: hətta qeyri-rəsmi məşğulluğun rəsmilləşdirilməsi əmsalı nəzərə alınanda da"-deyə deputat bildirib.
Layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azalıdılmasına gəlincə V. Bayramov bildirib ki, bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olunduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var.
Deputat qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə aslaq qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir: "Eyni zamanda yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var".


Şərhlər
Pensiyaların miqdarı bütün vətədaşlar üçün eyni həddə təyin edilsə.ayrıseçkilik edilməsə hətta artırmaq olar.Niyə ömrü boyu rüşvətalan və yüksək maaş təyin ediləm DİN.Prokurorluq.Ədliyyə,1əzi dövlət orqanları işçilərinə pensiya ömrü boyu ağır işlərdə,nzqliyyatda,sənaye,xidmət sahələrində işləyənlədən 4-5 hətta daha çıx yüksək təyin edilməlidir.Bu hansı məntiqlə edilib.Pensiyaçılar buna cavab tələb edir.Elə nuna görə də hesabatlarınızda orta pensiya məbləği yüksək göstərilir.Axı belə feyil!lyvrrdəfbi kimi digərnl
Pensiyalara toxunmaq olmaz.Bu,çox ciddi sahədir.Pensiyaların azaldılmasını istəyənlər,qoy lazımsız yerə sayı artırılmış polisin ixtisarına və gərəksiz daxili qoşunların ləğv edilməsinə getsinlər.Pensiyaçıları narazı salmaq istəyənlər,görünür,dövləti sarsıtmaq istəyirlər.
Ən böyuk sosial layihə olan Tibbi Sıgorta ləg olunub. İndi də əsas sosial mudafiə xərcləri azaldılırsa, deməli , tənəzzul baş verib. İqtisadi inkişaf nagılları bitdimi?