ABŞ səfiri postuna namizəd Minski tərifləyib - Son günlərdəki fəallığına görə

Belarus getdikcə Amerika Birləşmiş Ştatlarından (ABŞ) daha çox investisiya cəlb etdiyinə görə, Minskdə ABŞ ticarət palatası, Vaşinqtonda isə ABŞ-Belarus işgüzar şurası yaratmaq vacibdir. 

Bu barədə avqustun 5-də ABŞ-ın Belarusda səfiri postuna namizəd Culi Fişer Konqres Senatının xarici işlər komitəsindəki dinləmələr zamanı çıxışında bəyan edib. Dinləmələr onun namizədliyinə baxılmasına həsr olunub.

«Belarus getdikcə daha çox ABŞ investisiyası cəlb edir. Əgər mənim namizədliyimi təsdiqləyərlərsə, mən Minskdə ABŞ ticarət palatasının, Vaşinqtonda isə öz diqqətini Belarusa cəmləşdirəcək işgüzar şuranın yaradılmasını dəstəkləyəcəm» - diplomat qeyd edib.

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə tərkibində Rusiya vətəndaşları olan özəl hərbi şirkətin əməkdaşlarının saxlanmasından sonra, bir sıra anti-Rusiya bəyanatlar sələndirib. Vəziyyətin gərginləşdirilməsini dayandırmaq barədə Moskvanın aydın siqnallarına baxmayaraq, Lukaşenko özünü «təxribatçı» kimi aparır - təsdiqləyir ki, əcnəbi muzdluların köməyi ilə Belarusda çevriliş hazırlanımış.

ABŞ prezidenti Donald Tramp 2020-ci il aprelin 20-də Culi Fişeri Belarusa səfir təyin etmək niyyətini elan edib. Onun namizədliyinə hazırda ABŞ Konqresinin Senatında baxılır.

Fişer köklü diplomatdır. Hazırda o, Dövlət Departamentində Avropa İttifaqı və Qərbi Avropa ilə bağlı mövzuları kurasiya edir. Bundan əvvəl isə xüsusi tapşırıqları icra edib - Rusiyadakı ABŞ səfirliyinin işlər vəkili işləyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar