“Hərbi-bioloji fəaliyyət məsələlərini müzakirə edək” - Rusiyadan ABŞ-a təklif

Moskva öz sərhədləri perimetri boyunca Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi-bioloji fəaliyyətinə aid məsələlərin iktərəfli formatda müzakirəsini təklif edir. Bu barədə avqustun 6-da Rusiya XİN informasiya və nəşriyyat depatamentinin direktor müavini Aleksey Zatsev xəbər verib.

«ABŞ-ın Rusiya sərhədləri perimetri boyunca hərbi-bioloji fəaliyyəti ilə bağlı məsələnin gündəlikdən çıxarılması məqsədilə bioloji və toksiki silahların qadağan edilməsi barədə Konvensiyanın 5-ci madəsi ilə nəzərdə tutulmuş mexanizmin işə salınmasını qaçılmaz hesab edirik. Ona uyğun olaraq, üzv-ölkələr istənilən məsənin həlli üçün bir-biri ilə məslətləşməlidirlər. Amerika tərəfi danışıqlar masası arxasına keçməyə və ikitərəfli formatda yığılmış bütün məsələləri müzakirə etməyə çağırırıq» - Zaytsev bildirib.

Diplomat qeyd edib ki, Pentaqon sanitariya-epidemioloji kömək göstərmək pərdəsi altında keçmiş SSRİ respublikalarında mikrobioloji laboratoriyaların tikintisini və modernləşdirilməsini axın halına gətirib.

«Bu laboratoriyalarda ABŞ-ın hərbi idarəsi tərəfindən reallaşdırılan qapalı poqramların qayda və məxfilik dərəcəsini izləmək mümkün deyil» - rusiyalı diplomat izah edib.

Onun fikrincə, bu zaman ABŞ hərbi bioloqları tərəfindən alınan yoluxdurucu ştammlar gələcəkdə Rusiyanın və digər MDB ölkələrinin milli maraqları ilə bir araya sığmayan məqsədlər üçün istifadə oluna bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar