Menu

Azərbaycanda büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır

07.08.2020, 15:14
Azərbaycanda büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş büdcə qaydasının tətbiqi qaydası 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

P.S. Bu xəbərin ilk versiyasında texniki səhvə yol verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol