"Hüquqşünasa süpürgəçilik təklif etsən, əlbəttə işləməz" - "Layiq olmayan işlər təklif olunur..."

Əmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdünən keçirdiyi mətbuat konfransında bildirib ki, 190 manat üçün müraciət edən 20 min şəxsə ictimai işlərdə işləmək təklif olunub. Amma onlar aztəminatlı olduqlarını dedikləri halda bu işlərdə çalışmaq istəmirlər.

Nazir qeyd edib ki, 190 manatın verilməsi üçün 53 milyon manat vəsait ayrılacaq. Əlbəttə təkrar yoxlamadan sonra bu ödəniş həyata keçiriləcək. Çünki ola bilər ki, bu dövr ərzində kimlərsəəmək müqviləsi imzalayıb, kimlərsə sahibkarlıq fəaliyyətinə başlayıb və ya kimlərsə aztəminatlılıq meyarından çıxıb. Ona görə təkrar Nazirlər Kabinetinin qərarına uyğun olaraq meyarlar üzrə yoxlamadan sonra vətəndaşlarımıza ödəniş ediləcəkdir. Ondan sonra yekun rəqəm elan ediləcək ki, dördüncü ödəniş nə qədər insanı əhatə elədi".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, bəzən ixtisaslı işaxtarana, ixtisassız, yəni münasib və layiq olmayan iş təklif edilir: "Belə işləri ixtisaslı işaxtaranlar qəbul etmir. Məsələn, hüquqşünasa kommunal təsərrüfat idarəsində süpürgəçi işini təklif etsəz, əlbəttə ki, o, imtina edəcək.

Ona görə də çox adam təklif edilən işləri qəbul etmir. Hətta əmək yarmarkalarında da belə hallara rast gəlinir. İşaxtarana göndəriş verilir, gedib baxdıqda məlum olur ki, iş yeri münasib deyil və imtina edir. Bir qayda olaraq təklif edilən işlər yüksək maaşlı, uyğun olmur".

Ekspert qeyd edir ki, elə vakansiyalar var, təklif edilən iş işaxtaranlar üçün münasib deyil.

"Məsələn, kənd yerində yaşayır, amma iş yeri rayondadır. Hər gün həmin iş yerinə gedənin yol xərci bir neçə manat olacaq və ayın başında aldığının yarısı yollara gedəcək"-deyə o vurğulayıb.

Sahib Məmmədovun sözlərinə görə ünvanlı dövlət sosial yardım alanların da bəziləri iş təkliflərini qəbul etmir:"Çünki rayonda öz təsərrüfatı olur. Həmin şəxslər 300-400 manatlıq işlə məşğul olub, başqa yerə gedib təsərrüfatından uzaq düşməkdənsə, ayda 200 manat alıb öz təsərrüfatı ilə məşğul olmağa üstünlük verir”.

AzPolitika.info

635x100

Şərhlər

Cəfər 2020-08-07 20:23:57

Hər yerindən qalxan bir qərar verir.Nəticədə əhali zülüm çəkir.Heç kim də qarışmırTeleviziyadan iqtidar nümayəndələri gözəl çıxışlar edir.Amma həyatda hamısı nağıla çevrilir.Allah Azərbaycan xalqına yardımçı olar,inşaallah!t

t.ədalət 2020-08-07 18:29:55

İxtisaslı kadrlara süpürgəçi və s.aşağılayıcı işlərin təklif olunması ..... erməni ilə qan bulaşığı olanlar bu yolla milli kadrları ölkədən didərgin salmağa çalışırlar.

Son yazılar