Menu

“Məscidləri aça bilmərik” - Prezidentin köməkçisi

08.08.2020, 12:59
“Məscidləri aça bilmərik” - Prezidentin köməkçisi

"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Şərhlər

İlham S 2020-08-09 12:56:31

Səbr etməyi bizə dinimiz buyurub.İnşallah məscidlər də açılar

t.ədalət 2020-08-08 14:19:40

Məscidlərin fəaliyyətinə qadağa bizə baha başa gələ bilər.Odur ki,insanlarla Allahın arasındakı bağlılığın rəmzlərin toxunmaq olmaz.Allahın qəzəbi hakimiyyəti də sarsıda bilər.

Amil 2020-08-08 14:11:56

Əsas səbəb odur ki məscidlər çox azdır, yoxsa Türkiyədəki kimi ara məsafəsi qorunmaqla namazı təşkil etmək olardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol