“Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür, amma...” - Rus general

Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yoluyla həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir.

“Dağlıq Qarabağ problemi bu gün və ya dünən yaranmayıb, kökü əsrin dərinliklərinə gedib çıxır. Bəzi politoloqlara və mütəxəssislərə görə, bu problemi sülh yolu ilə həll etmək mümkün deyil”,-general “Arqumenti Nedeli” nəşrinə müsahibəsində belə deyib.

Onun fikrincə Qarabağda böyük müharibə gözləməyə dəyməz, çünki bunun nəticələri həddən artıq ciddi olardı. “Və bunu Ermənistan rəhbərliyi də, Azərbaycan da başa düşür, lakin hər şeydən əvvəl Rusiya və Azərbaycana hərtərəfli dəstəyini ifadə edən Türkiyə anlayır”,-Çvarkov deyib.

General əlavə edib ki, hazırda Azərbaycan ordusunun Ermənistan ordusuna nisbətən daha çoxsaylı olduğunu, daha yaxşı təchiz edildiyini etraf etmək lazımdır. Amma Ermənistan ordusunun da “bəzi layiqli arqumentləri” var, bunlardan biri də odur ki, vəziyyət kəskinləşsə KTMT qüvvələri Ermənistanın köməyinə gələ bilər.

“Silahlı qüvvələrin potensialını nəzərdən keçirəndə demək olar ki, tərəzinin gözü şübhəsiz Azərbaycan ordusunun tərəfinə əyilir, amma onun Ermənistanla mümkün irimiqyaslı müharibədə birmənalı şəkildə qalib gələcəyini deməyə heç bir ekspert cəsarət etməz. Çünki həddən çox amillər və şərtlər var”,-rusiyalı general belə iddia edir.

Çvarkova görə məhz Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasət sayəsində münaqişəni indiyədək nəzarət altında saxlamaq, ara-sıra alışmalar baş versə də irimiqyaslı müharibənin qarşısını almaq mümkün olub.

Virtualaz.org

635x100

Şərhlər

Zaur 2020-08-09 13:19:23

Həyasız rus köpəyi! KTMT nin Qarabağa nə aidiyyəti var?

OQTAY 2020-08-09 10:43:27

Bu kaban,ne dansir,Boyuk Turk milleti ve muselmanlar donuz eti yemir.Amma Cinliler,Ingilisler,Almanlar,boyuk zovqle qebul edirler.Turkler kabanlari torpaqlarmizdan,onunla qidalanlara birlikdə rədd edəcək

t.ədalət 2020-08-09 02:23:53

Allah sizə lənət eləsin!Qarabağ probleminin kökü Rusiyanın ermənistan adında dövlət yaratmasına gedib çıxır.Türkiyənin daşı başınıza düşsün.İnşəllah,Rusiyanın da sonuna AZ QALIR.Artıq bütün dünya Rusiyanı istilaçı,ara qarıştıran və terrorçu kimi tanıyır.Tezliklə dünya ilə əlaqələrinizə də son qoyulacaq.

Vətəndaş 2020-08-08 23:16:41

Qarabağ problemini elə əvvəldən Rusiya yaradıb.Özünü Qafqazda hesab etmək məqsədilə.Ancaq indiki vəziyyət heç də ona əsas vermir ki, Qarabağı və əlavə 7 rayonu qoparıb Ermənstana versin.... Əggət biz müstəqil dövlətik sayılırıqsa Rus general və zabitlrinin bizin Müdafiə nazirliyi sistemində saxlamağın mqsədi qaranlıq deyilmi?nd

Babaxan 2020-08-08 23:04:32

Cənab General Serqey Çvarkov bu dediklərindədə Azərbaycana qarşı haqsızlıq edirsən.Əgər Azərbaycan öz torpağında antiterror əməliyyatı keçirirsə burda KTMT-nin nəi işi var.Ondada qabağında Türkiyəni görəcək.Bu da xristian müsəlman müharibəsinə gətirib çıxaracaq.Siz həmişə Azərbaycana dost deyib amma Ermənistanin tərəfini saxlamısınız.Azərbaycandan yediyiniz hər bir şey burnunuzdan gəlsin.

Xalq 2020-08-08 22:59:28

Rəhmətlik Vəfa Quluzadə düz deyib ki, rusiya dağılmasa biz Qarabağı ala bilməyəcəyik.

Ağayev Ağahüseyn 2020-08-08 22:07:04

ALLAH putinin və sizin hamınızın NƏSLİN YER ÜZÜNDƏN KƏSSİN.

Son yazılar