Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.


Şərhlər
Qarabağ qazisi Tofiq Yaqubludan az təhlükəli cinayətkar olduğu üçün ev dustağlığına buraxılıb nə olsun ki, əsas odur ki, öz işi ilə məşğul olub...
Qəsəngdir də,dövlətin,xalqin milyardlarla pulunu ud,səni də sonra ev dustaqliqina buraxsinlar ,sonrada səni kurortlara yollasinlar.Belə hakimiyyetden hec incimek olar?Qətiyyen.Özu də bəyənmirlər bu cur gözəl hakimiyyeti.Sovetlerin vaxtinda 20 qepik ustunde adamlara 5 il iş kesirdiler.Indi gorursunuz nə gözəl qəsəng hokumetimiz var.Qoy qonsu doletler yanib tokulsunler.
MALADES,YE ,DAQIT SONRA GET KEYF ELE