Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.
Müsahibənin bu gün yayımlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.


Şərhlər
Hörmətli cənab Prezident, siz dövlətimizin inkişafı və xalqımızın rifahı üçün çalışırsınız . Bu yolda Allah sizi qorusun! Əfsuslar olsun ki, Rabitə Nazirliyində "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində deyil ? Sizin və dövlət orqanlarının ünvanlarına ailəm məmur özbaşnalıqlarına məruz qalması səbəbli saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq, müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından qanunsuz cavab verməkdən çəkinmirlər... Respublika ƏƏSMN yanında Respublika Dövlət Əmək Müfəttişliyi tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi rəsmi qaydada bildirilməsinə baxmayaraq Rabitə Nazirliyi tərəfindən əhəmiyyət verilmir, qanunun aliliyinə yox, "sifarişçi"nin şəxsi maraqlarına üstünlük verir. Belə dözülməz və acınacaqlı vəziyyət Rabitə Nazirliyində heç vaxt olmamışdır. Ölkəmizdə sosial narazılıqları yaradanlarda dövlətimizə və xalqımıza xidmət etmək istəməyən məmurlardır.. Uzun müddət vətəndaşın şikayətinə baxılmaması nə deməkdir , məmur özbaşnalığından xəbər vermirmi ? "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində olmaması səbəbli mənim saysız-hesabsız müraciətlərimə Raitə Nazirliyi tərəfindən əhəmiyyət verilməmişdir. Xahiş edirəm Sizin ünvanınıza elektron poçt vasitəsilə (@pa.gov.az) 26.05.2020-ci il tarixdə etdiyim müraciətimə obyektif baxılması üçün aidiyyatı üzrə göstəriş verəsiniz....