"Nəcməddin Sadıkovun elə ifadə işlətməsilə bağlı iddialar..." - Müdafiə Nazirliyindən açıqlama

"Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır".

Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir", - nazirliyin açıqlamasında qeyd olunub.

635x100

Şərhlər

Millət 2020-08-12 08:51:50

millət narahatdır. Millətin iradəsinin əleyhinə getməyin nə mənası var?

Adil 2020-08-11 22:27:40

Bu adam azerbaycanca danisha bilmir !!!! Basha dûshûrsûz !!!

VƏLİ 2020-08-11 19:59:08

Burda deyiblər ki, it əl çəkdi, motal əl çəkmədi.....

Kapitan 2020-08-11 19:12:31

Siz faktı rədd edə bilərsiniz.amma həqiqəti gizlədə bilməzsiniz.Azərbaycada hansı ehtiyacdan Rus hərbçisi yüksək vəzifədə-Müdafiə Nazirinin birinci müavini (əvvllər Sovet dövründə Baş nazirin müavinlərindən biri Rusiyanın nümayəndəsi olurdu), Baş Qərargah rəisi Rusiyanın adamə olmalıdır? Bax bu suala cavab milləti maraqlandırır və n narahat edir.Çünki ordumuzun sirrlərinin digər dövlətlərə ötürülməsi istisna oluna bilmir.Bunu anlamaq vacibdir.v.y

Türk 2020-08-11 18:15:46

Kim olur olsun,türk ordusunun buradan çıxmasını tələb etsə bu millətin düşmənidir. Bunun başqa adı yoxdur.

Son yazılar