Menu

Ermənilərin Rusiyadan evlərinə köçürdükləri pul kəskin azalır

07.10.2014, 20:07
Ermənilərin Rusiyadan evlərinə köçürdükləri pul kəskin azalır

Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir.

Ermənistanın Mərkəzi Bankı Rusiyadan Ermənistana fiziki şəxslər adına köçürülən pulların kəskin azaldığını bildirib.

Mərkəzi Bankın son hesabatı avqust ayına aiddir. Avqustda bir il əvvəllə müqayisədə Rusiyada işləyən ermənilərin Ermənistana köçürdükləri pul 9 faiz azalıb.

2013-cü ilin avqustunda 184 milyon dollar pul köçürülmüşdüsə, bu ilin avqustunda 167 milyon dollar köçürülüb.

Ermənistan iqtisadiyyatı xaricdən köçürülən pullardan çox asılıdır. 2013-cü ildə Ermənistanın bütün ixracı 1,4 milyard dollar olub, xaricdən köçürülən pullar isə 1,8 milyard dollar.

Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəsi Mark Horton deyib ki, Ermənistan iqtisadiyyatını çətin dövr gözləyir.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol