Rəsmi Berlin Belarusdakı seçkilərlə bağlı açıqlama verdi

“Belarusda ədalətsiz və azad olmayan seçkilərdən sonra repressiya dalğası müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Şteffen Zaybert söyləyib.

“Hökumət Minskin küçələri və Belarusun digər yerlərində dinc etirazçılara qarşı istənilən güc tətbiqini pisləyir”, - Ş.Zaybert vurğulayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar