Ermənilərin səfirliklərimizə yaratdığı təhlükə - Səfirlik binaları və diplomatlarımız necə qorunmalı?

 Məlum olduğu kimi, ermənilərin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra xaricdəki səfirlik və konsulluqlarımız qarşısında zorakılıqla müşayiət olunan xeyli sayda aksiyalar keçirildi. Ermənilərin bu aksiyaları xüsusilə Azərbaycanın xaricdəki diaspora nümayəndələrinin fəallığı və təşkil etdikləri yürüş və mitinqlərin effektivliyi səbəbindən daha da aqressiv xarakter almışdı.

Hətta Avropada aksiyaların birində erməni təxribatçıları üzərində “ASALA” yazılmış köynəklərlə iştirak edirdi. Məlum olduğu kimi, “ASALA” 20-ci əsrin 70-80-ci illərində xarici ölkələrdə Türkiyə dipomatlarına qarşı terror aktları törətməsi ilə tanınıb. Və dünyanın ən qaniçən terror təşkilatlarından biridir.

Həmin aksiyalar göstərdi ki, ermənilər hər zaman Azərbaycanın xaricdəki səfirlikləri və diplomatları üçün təhlükə mənbəyidir. Bunu o qədər də uzaq olmayan tarixdə erməni terrorçularının Türkiyə səfirlikləri və diplomatlarına qarşı törətdikləri terror aktları da sübut edir. İndi eyni təhlükə Azərbaycanın xarici nümayəndəlikləri və diplomatları üzərində dolaşmaqdadır.

Məlum Tovuz təxribatından sonra ermənilərin aksiyalarında Azərbaycanın diplomatik təmsilçiliklərinin binalarına, avtomobillərinə ciddi zərər vurulub. Səfirliklərimiz faktiki olaraq terrora məruz qalıb. 14 iyul 2020-ci il tarixində ölkəmizin Fransadakı səfirliyinin binasına qarşı vandalizm aktı törədilib. Sosial şəbəkələrdə Azərbaycan səfirliyini yandırmaqla hədələyən, o cümlədən ASALA terror təşkilatının fəaliyyətinə rəğbəti əks etdirən çoxsaylı çağırışlar yayılmışdır. Radikal yönlü və erməni əsilli fransız vətəndaşları yerli vaxtla saat 14:15-dən etibarən səfirliyin inzibati binası yerləşən küçəyə toplaşaraq, polis qüvvələrinin olmasına məhəl qoymayaraq planlaşdırılmış təxribat fəaliyyətinə başlamışlar. Aksiya iştirakçılarının sayının artdığını, eləcə də iştirakçılarda zorakı davranışlar müəyyən edən polis səfirlik önünə əlavə xüsusi təyinatlı qüvvə cəlb etmək məcburiyyətində qalmışdı. Polisin səyi ilə Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq ona xəsarət yetirməyə çalışan radikal iştirakçılar binadan uzaqlaşdırılıb.

Buna baxmayaraq, qanunsuz aksiya iştirakçıları xüsusi vandalizm nümayiş etdirərək Azərbaycan bayrağını yandırmış, səfirliyin binasına daş və xüsusi partlayıcı maddələr ataraq pəncərələri sındırmış, səfirliyin binasına zərər yetirmişdilər.

Aksiya iştirakçıları arasında Fransada erməni təşkilatlarının əlaqələndirmə şurasının həmsədrlərindən olan Murad Papazyan, eləcə də Fransada erməni apostolik kilsə yeparxiyasının rəhbəri Vahan Hovanessyan da olub. Məhz bu şəxslər kütləni səfirliyə qarşı aqressiv davranışa təhrik ediblər. Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi Fransa Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına və bu ölkənin Xarici İşlər Nazirliyinə Səfirlik önündə törədilmiş növbəti təxribat barədə müvafiq məlumat və materiallar təqdim edib. Bununla yanaşı, baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub. Azərbaycanın Avstraliyadakı səfirliyinə iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup erməni daxil olaraq, təxribatçı əməllərə yol verib. Ermənilər öz barbar “şücaətlərini” sosial media hesablarında paylaşmış və həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq edib, hətta bəziləri səfirliyin binasını yandırmağa belə çağırmaqdan çəkinməyib.

22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. Ermənilərin daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də jurnalist Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, süsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Nəticədə hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, bu hadisələr zamanı Azərbaycan diplomatlarına qarşı real təhlükə, həyat və fəaliyyətlərinə qarşı yönəlmiş təhdidlər olub. Və bu təhdidlərin zaman-zaman təkrarlanmayacağına heç kim təminat verə bilməz. Ona görə ilk növbədə səfirliklərimizə dəyən maddi ziyan məsələsi qaldırılmalı və bu məsələ beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həll olunmalı, dəyən ziyan ödənilməli, günahkarlar cəzalandırılmalıdır.

Digər tərəfdən səfirlik əməkdaşları, diplomatlarımızın təhlükəsizliyinin artırılması istiqamətində addımlar atılmalı, səfirliklərimizin yerləşdikləri ölkələrin hüquq-mühafizə orqanları qarşısında bu məsələ qaldırılmalıdır.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2020-08-13 18:44:44

Əvvəla üstünüzə hücum çəkəndə polis çağırın, sonrada ki, verin məhkəmələrə zərəri ödəsinlər.

Berlindəki quldurxanaya dair 2020-08-13 17:06:26

Siz heç narahat olmayın, səfirliklər özləri öz təhlüəksizliklərinin qeydinə yaxşıca qalırlar. Nümunə üçün Berlindəki səfirliyimizi qeyd edə bilərik. Berlindəski səfirliyi8mizin binasında çirkli pulları Azərbaycandan gətirib saxlayırlar, sonra həmin pulları oğurlatıdırlar. üstündən də alman polisinə yanılış məlumat da veririlər. Ona görə də həmvətənlər arasında bizim səfirliyə quldurxana deyirlər.Əgər yalandırsa. qoy səfir Ramin Həsənov deyilənləri təkzib etsin.

Son yazılar