Menu

“Türk Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib" - Zakir Həsənov

13.08.2020, 16:33
“Türk Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib" - Zakir Həsənov

“Türk ordusu dünyanın ən güclü ordularındandır və bu, bizim şansımızdır. Şansımız budur ki, bu güclü ordu ilə təcrübə paylaşırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bildirib.

“Türk Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib. Suriyada, İraqda, Liviyada. İnşallah Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz müqəddəs vəzifəsini yerinə gətirəcək", - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol