Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

17.08.2020, 10:09
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 5 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 341-ə, sağalanların sayı isə 1 092-yə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib, 232 aktiv koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Hazırda Gürcüstan üzrə 7 082 nəfər karantində, 249 nəfər isə tibbi nəzarətdə saxlanılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol