Menu

“Total saxtakarlıqdan söhbət gedə bilməzdi” - Minskdən qayıdan deputat

17.08.2020, 17:03
“Total saxtakarlıqdan söhbət gedə bilməzdi” - Minskdən qayıdan deputat

Belarusdakı seçkilərdə Azərbaycan hökumətinin rəsmi müşahidəçisi olan deputat Arzu Nağıyev müşahidələrini açıqlayıb. 

O, bildirib ki, seçkilərdə total seçki saxtakarlığından söhbət gedə bilməzdi. Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər "Exitpol"-la müqayisədə o qədər də fərqli deyildi: "Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görür. Təsəvvür edin ki, seçkinin bitməsinə 10-15 dəqiqə qalanda məntəqəyə 30-40 seçici gəlir və bir nəfər seçki kabinəsinə daxil olur, 10 dəqiqə ərzində çıxmır, süni sıxlıq yaradılır, narazılıq edənlər avtomobillərdən siqnallar verirdilər. Avtomobilləri də şəxsi deyildi, icarəyə götürülmüşdü. Yəni düşünülmüş məsələlər nəzərə çarpırdı".

Deputat qeyd edib ki, küçələrə çıxan kontingentə gələndə, onlar heç də həssas və çətin durumda olanlar olmayıb: "Əsasən Polşada, Litva və digər xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamları çoxluq təşkil edirdi".

"AzPolitika.info"

Şərhlər

Oktay 2020-08-18 08:06:12

Olanları Bütün dünya deyir,Belarus xalqı deyir, sən isə əksinə,əyriyə düz deyirsən. Qaraya ağ deməyi bacardığın üçün deputat olmusan.

ayrım 2020-08-17 21:28:31

Beə yerdə deyillər ki arzu murazın gözündə qalsın...l'

Az. 2020-08-17 19:08:46

Doqurdan , ay deputat ?!Hec olmasa ôzûnû biyabr etme ! Ayibdi

Arzu Nağıyevə 2020-08-17 19:06:15

biz gözümüzlə görüb qulağımızla eşitdiyimizə inanaq, yoxsa sənin nağılına?

Seyid 2020-08-17 18:39:33

Bütün millət küçələrdə yəni Lukaşenkoya səs vermədiklərini bildirir. Bu deputat nə danışır. Bir müddətdən sonra seçkinin nəticələri ləvğ olunub yeni seçkilərə gedilsə onda nə deyəcəksiniz? Nə Exitpol, nə seçki hamsısı saxtadı....Bizdə olduğu kimi malalamaq bu dəfə alınmayacaq.

Bashirov Qarib 2020-08-17 18:00:55

Deputatın nə demək istədiyini anlamaq olmur.Yuz minlərlə insan seli təkcə Minskdə etiraz edir,hakimiyyətin yenidən mənimsənilməsinə butöv bir xalq dirəniş göstərir, ölən və yaralılar var, muşahidəçi deputatımız da öz fikirlərini sözlə ifadə edə bilmir. Saxtakarlıgın olmamasını deyir. Ayaga qalxmış xalq duz deyir, yoxsa, hörmətli muşahidəçi deputatımız? Ta, bu qədəri də olmaz, axı?!!

BAKILI 2020-08-17 17:11:18

Azerbaycandada total sextakarliqdan sehbet gede bilmez HA HA HI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol