Menu

Belarus millətçiləri proqramlarını təklif ediblər – “İttifaq dövlətindən çıxmaq”

18.08.2020, 00:08
Belarus millətçiləri proqramlarını təklif ediblər – “İttifaq dövlətindən çıxmaq”

Belarus və Rusiya ittifaq dövlətindən çıxmaq, belaruslaşdımanı qadağan etmək. 

Belə fəaliyyət planı Belarus millətçilərinin proqramında əksini tapıb. Proqram hələ iyun ayında «zabelorus.com» portalında dərc olunub.

Bütün bunlarla yanaşı, artıq 2021-ci ilə qədər Aleksandr Lukaşenkonun devriləcəyi təqdirdə, siyasi sferada belaruslara təklif olunur:

1. İttifaq dövlətindən, Avrasiya İqtisadi İttifaqından, Gömrük İttifaqından və Rusiyanın dominantlıq etdiyi digər inteqrasiya birliklərindən çıxmaq;

2. Milli maraqlarla ziddiyyət təşkil edən rusiyayönlü təşkilatların, həm də belə strukturları maliyyələşdirən Rusiya fondlarının qadağan edilməsi;

3. Ayrıca Belarus millətinin varlığını və ya onun müstəqil dövlət qurmaq kimi tarixi hüququnu şübhə altına alan açıq fikirlərə görə, cinayət məsuliyyətinin tətbiq edilməsi. Belarus dilinin açıq təhqir olunmasına görə, cinayət məsuliyyətinin tətbiq olunması;

4. Vətəndaş cəmiyyətinin gücü ilə Belarusda kremlyönlü təşəbbüslərin fəaliyyətinin monitorinqi;

5. Rusiya ilə sərhəddə sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi;

İqtisadiyyat sahəsində Rusiya şirkətlərinə Belarusun infrastruktur obyektlərinin satılmasının qadağan olunması təklif edilir. Bundan başqa, informasiya sferasında millətçilərin fikrincə, qaçılmazdır:

1. Belarusda Rusiya telekanalları tərəfindən yaradılan publisistik, ictimai-siyasi və xəbər proqramlarının qadağan edilməsi;

2. Latviya, Litva, Polşa və Ukrayna ictimai telekanallarının hamıya əlçatan olan standart televiziya paketinə daxil edilməsi.

Əlavə olaraq, Rusiya ilə hərbi sferada əlaqələrin tam kəsilməsi təklif olunur: 

1. KTMT-dan çıxmaq, Belarusun özünün hava hücumundan müdafiə (HHM) və raket əleyhinə mübafiə (RƏM) sistemləri üzərində tam nəzarətini qaytarmaq;

2. Respublikanın ərazisindən Rusiyanın hərbi obyektlərini çıxartmaq;

3. Belarus ordusunda vətənpərvərlik tərbiyəsi işlərinin gücləndirilməsi;

4. Orduda tərbiyəvi işlərin Belarus dilinə keçirilməsi;

5. Avropa İttifaqı ölkələri ilə sərhəddə sərhəd infrastrukturunun inkişaf etdirilməsi və s.

Eyni zamanda, sözügedən proqram hələlik hazırkı etiraz hərəkatına rəhbərlik edən Svetlana Tixanovskayanın seçki qərargahı tərəfindən rəsmi qəbul olunmayıb. Bundan əlavə, millətçilərin proqramında diqqəti Rusiyaya yönəldəndən sonra «zabelorus.com» saytı işini dayandırıb.

AzPolitika.info

Şərhlər

Xalq 2020-08-18 11:49:16

Belarus üçün gözəl təkliflərdir, ruslar deyirlər ki, bizim əmrlərlə hamı hərəkət etməlidir, xeyr bu dəfə onlar deyən olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol