Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev mətbuata bildirib ki, koronavirusla mübarizə aparan həkimlər ikinci aydır maaşlarını ala bilmirlər:
"Koronavirusla mübarizə aparan fədakar tibb işçiləri hələ iyul ayının maaşını almayıblar. Maaşları verən kimdir, bilmirəm, amma onlara demək istiyirəm ki, heç utanırsız? Az da olsa vicdanınız varmı? Bu qədər də insafsızlıq olar? Necə olur ki, aylardır işləməyən universitet maaşları verir, siz cənab Prezidentin ayırdığı milyardlarla vəsaitdən bu fədakar insanların əmək haqlarını vermirsiz?! Hər gün qürurla elan etdiyiniz 200-300 sağalan xəstələri həmən o əmək haqlarını vermədiyiniz fədakar tibb işçiləri müayinə və müalicə edir! Ayıb olsun sizə! Çox ayıb! Söz tapmıram deməyə..."
"AzPolitika.info"


Şərhlər