Menu

İCRA BAŞÇISINA VERİLƏN İTTİHAMLAR MƏLUM OLDU- Külli miqdarda rüşvət alma...

20.08.2020, 11:55
İCRA BAŞÇISINA VERİLƏN İTTİHAMLAR MƏLUM OLDU-  Külli miqdarda rüşvət alma...

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.

“Report” xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.

Şərhlər

Fizuli 2020-08-20 15:23:11

İcra başçıları elə rüşvət yığmaq üçündü.....Hansı İcra başçısı rüşvət almayıb və ya almır? Göstərə bilərsinizmi? ....

Arif 2020-08-20 13:50:58

Ismayillilar havalanirlar ki, ey dili qafil nece oldu ki, Rovwe, Mahmud ve Seville min oyundan cixsinlar ve sudan quru cixainlar... bele iwler de olur

Oxucu. 2020-08-20 12:44:22

Bəs Nizami icra başçısı nə oldu?

Arif 2020-08-20 12:34:01

Ismayillinin sabiq bawcisi Mirdamet Sadiqov niye azadliqda qaldi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol