Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.
“Report” xəbər verir ki, istintaq orqanının təqdimatına Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
C.Cəfərova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.


Şərhlər
bütün var dövlətini əlindən alsaz o, day heç kimə lazım olmayacaq, hətta ailəsinədə.
Bu 4 ay ərzində başçının yığdqları əlindən alınacaq,müflis edildikdən sonra (əgər ağlı olubsa gizltdikləri ona qala bilər) buraxacaqlar. Axı bu da YAPçıdır və məlum bölədəndir. Ona görə Azərbaycan düzəlməz!İKDƏN SONRA BURAXACAQLAR.bU 4 AY ƏRZİNDƏ ONUNYIĞDIQLARI ƏLİNDƏN ALINACAQ
Nizaminin, Ismayillinin sabiq bawcisi da mehkemeye getirilmelidir