Menu

ÜST hökumətləri lokal qapanmaların tətbiqinə çağırdı

20.08.2020, 14:55
ÜST hökumətləri lokal qapanmaların tətbiqinə çağırdı

“Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bu yeni normal həyat sosial və iqtisadi həyat davam edərkən, eyni zamanda, xəstəliyə yoluxmanın qarşısının alına bilinəcəyi bütün qaydalardan istifadə edilməlidir. İnsanlar gigiyenik qaydalarına riayət etməli, ara məsafələri saxlamalıdırlar”.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bunlar edildikdə ölkələr və hökumətlər ümumiyyətlə sərtləşdirilmiş karantin rejimi kimi tədbirlərin tətbiqinin əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlər görərək bu xəstəliklə mübarizəni apara biləcəklər: “Ümid edirik ki, bundan sonra ÜST olaraq bütün ölkə miqyasında deyil, lazımı və əhali arasında xəstəliyin yayıldığı yerlərdə yerli, lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq”.

Şərhlər

Vətəndaş 2020-08-20 17:19:28

O xəstəlik yoxdur. Adi qripdir. Kimə necə sərf edir bu xəstəlikdən istifadə edirlər. Ziyan çəkən məhvə gedən isə kasıblardır.

İqtisadçı 2020-08-20 15:15:03

Azərbaycan da Amerika,Çin kimi ÜST-dən imtina etmlidir.Bunların mənasız tıvsiyyələri ölkəyə ziyan vurur.

Rufet 2020-08-20 14:58:21

Bu ozu gedib kef eleyir istrahet edir camaati salir eve B kimdi hardan galib haranin ishcisidi niye gelib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol