Menu

"Quli"nin ölümündən dəqiqələr öncəki görüntüsü - Qatili çəkib+ VİDEO

20.08.2020, 22:47
"Quli"nin ölümündən dəqiqələr öncəki görüntüsü - Qatili çəkib+ VİDEO

Azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun Türkiyənin Antalya şəhərində qətlə yetirilməzdən dəqiqələr öncə çəkilən videosu yayılıb.

"Bakupost" bildirir ki, videonu "Lotu Quli"nin öldürülməsində əsas şübhəli - "Xan Əhmədlinski" ləqəbli kriminal avtoritet çəkib.

"Xan" son zamanlar "Quli"nin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olmuşdu. Videodan da görünür ki, əhatələrində başqa heç kim yoxdur. "Quli" idman geyimində, öndə gedir, "Xan" isə arxada video çəkir.

"Quli"ni başından güllələyərək öldürüb, hadisə yerindən qaçan "Xan Əhmədlinski"nin polis tərəfindən saxlanıldığı bildirilir.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol