Menu

Belarus XİN ABŞ-a təşəkkür edib - Müstəqilliyini dəstəklədiyinə görə

20.08.2020, 23:30
Belarus XİN ABŞ-a təşəkkür edib - Müstəqilliyini dəstəklədiyinə görə

Belarus suverenliyinə və müstəqilliyinə dəyişməz dəstək verdiyinə görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) minnətdardır.

Bu barədə avqustun 20-də Birləşmiş Ştatların dövlət katibinin siyas məsələlər üzrə müavini Devid Xaylla telefon danışığının gedişi zamanı Belarusun Xarici Işlər naziri Vladimir Makey bəyan edib.

«Həmsöhbətlər Belarusda seçkidən sonrakı situasiyanı müzakirə ediblər və gələcək ikitərəfli qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparıblar» - deyə, Belarus XİN-nin rəsmi xəbərində bildirilir.

Bu zaman qeyd olunur ki, Makey Birləşmiş Ştatlara Belarusun suverenliyini və müstəqilliyini dəstəklədiyinə görə təşəkkür edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol