Menu

Azərbaycan Gürcüstandan dondurulmuş ət tədarükünü kəskin artırıb

21.08.2020, 11:53
Azərbaycan Gürcüstandan dondurulmuş ət tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 1 740 ton dondurulmuş mal əti idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkənin Azərbaycana ixrac etdiyi dondurulmuş qida məhsulunun ümumi dəyəri 7,3 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni göstəricisi ilə müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin həcmi 120,8 dəfə artıb.

Hesabat dövründə qonşu ölkədən Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində 905,6 ton dondurulmuş balıq əti də ixrac olunub. İllik müqayisədə bu məhsulun həcmində 44,8 dəfə artım qeydə alınıb.

Şərhlər

Elman 2020-08-21 12:04:22

120 dəfə? bu nədir? Yəqin, diri mal keçirmək çətinləşib, dondurulmuşlara axın yaranıb. Yoxs bunun izahını necə vermək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol