“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən məsləhətlər tövsiyə xarakteri daşıyır. ÜST hesab edir ki, ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq”.
"Report" xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Biz qapanmalara getməyi istəmirik. Biz ümumi sərtləşmənin də olmasını istəmirik. Biz istəyirik ki, qəbul olunmuş qaydalara uyğun olaraq, mərhələli şəkildə normal həyatımıza qayıdaq. ÜST-ün verdiyi tövsiyələr də buna əsaslanır. Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq”, - o bildirib.

Şərhlər
TƏBİB haram pul qazanmaq üçün insanlara qəsd edir.Baş nazir hələ bunu anlaya bilməyib,yoxsa anlayaraq edir.Hər hansı Qərar imzalayana onun əsaslı olduğunu hesablamaq vacibdir.
ÜST-dən ABŞ və Çin kimi biz də imtina etməliyik.Onlar pul qazanmaq xatirinə insanlara yanlış tövsiyələr verməklə zülm edirlər.yalnız zəif iradəlilər onları dinlətyir.Belə çıxır ki, Azərbaycanda səhiyyədən anlayan yoxdur və kor-koranə ÜST-ün əsassız uydurmalarına riayət edlməlidir? Bunu ABŞ və Çin sübut etdi və ÜST-dən imtina etdilər.