ABŞ-ın böyük hərbi gəmisi “USS Hershel Woody Williams” Aralıq dənizinin şərqindəki enerji haqları ilə əlaqədar NATO müttəfiqləri - Yunanıstan və Türkiyə arasında gərginliyin artmasından sonra Yunanıstanın Krit adasına gedib.
ABŞ hərbi gəmisi Türkiyəyə məxsus dənizdə enerji yataqları axtarması məqsədi ilə ekspediysa aparadığı zaman Yunanıstana məxsus hərbi gəmisi ilə toqquşması və regionda gərginliyin artmasından sonra gəlib.
Regionda yaranan gərginlikləəlaqədar həmçinin Fransanın da bölgəyə hərbi qüvvələr yerləşdirdiyi bildirilir.
"Biz bu qarşıdurmada tərəf tutmuruq və “USS Hershel Woody Williams” müdaxilə etmək üçün göndərilməyib" - deyə, Amerikanın Altıncı Donanmasının mətbuat attaşesi Kayl Raines “Amerikanın Səsinə” bildirib.
O həmçinin deyib ki, gəminin Krit adasına gəlişi əvvəldən planlaşdırılmışdı. NATO müttəfiqləri arasındakı vəziyyət pisləşərsə və Vaşinqtonda qərar verənlər hərəkət etmək qərarına gəlsələr, gəmi müdaxilə edə bilər.
"USS Hershel Woody Williams” olduqca çevikdir və milli tapşırıqları dəstəkləmək üçün geniş hərbi əməliyyatlar zamanı istifadə edilə bilər" - deyə, Kayl Raines bildirib.
Xatırladaq ki, Türkiyə ilə Yunansıtan arasında dənizdə gərginlik avqustun 12-də yaşanıb. Gərginlikdən sonra Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan türk araşdırma gəmisi Oruc Reis və onu müşayət edən beş hərbi gəminin Yunanıstan tərəfindən maneə törədilməsindən sonra güc tətbiq edəcəyi iləəlaqədar xəbərdarlıq edib.
"Əgər bu vəziyyət davam edərsə qisas alacağıq. Həyatını itirənləri və ya ailəüzvlərini tək qoymayacağıq" - deyə, Ərdoğan bir müddət əvvəl xəbərdarlıq edib.
Yunanıstanın baş naziri Kyriakos Mitsotakis bir neçə həftədir Avropa Birliyi tərəfdaşlarını Türkiyəyə qarşı sanksiyaların tətbiqinə inandırmağa çalışır. O, regiondakı rəqibi ilə bərabər münasibətlər saxlamasıüçün NATO-dan da şikayətçidir.


Şərhlər
Allah Türküyəni korusun.