Menu

Deputat DİN-i tədbir görməyə çağırdı - "AMEA Prezidentinin..."

22.08.2020, 14:33
Deputat DİN-i tədbir görməyə çağırdı - "AMEA Prezidentinin..."

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi ölkənin ən gündəm məsələlərindəndir. İki gündür sosial şəbəkələrdə bu hadisə kəskin qınaq hədəfinə çevrilib. Sadə vətəndaşların tələblərinə bu dəfə millət vəkilləri də qoşulublar.

Deputat Vüqar Bayramov bildirib ki, birmənalı şəkildə, bu hadisə pandemiya dövründə karantin rejimi qaydalarının kobud surətdə pozulmasıdır və başqa heç cür dəyərləndirilə bilməz.
"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Maraqlıdır ki, ölkə rəhbərliyinin karantin və eləcə də pandemiya qaydalarına tam əməl etməsi kontekstində Azərbaycan elminə başçılıq edənlərin bu qaydaları pozaraq daha sonra ona haqq qazandırmağa çalışmalarına nə ad vermək olar?"- deyə V. Bayramov vurğulayıb.

Deputat daha sonra Daxili İşlər Nazirliyini AMEA Prezidentinin təşkil etdiyi toydan yayılan videolar əsasında araşdırma aparmağa və karantin qaydalarını pozan bütün şəxsləri inzibati məlusiyyətə cəlb etməyə səsləyib: "Qanun hamı üçün eynidir. Burada AMEA Prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur və Daxili İşlər Nazirliyi də məsələyə məhz bu konktestdən yanaşmalıdır".

AzPolitika.info

Şərhlər

Eko 2020-08-22 23:28:04

Hadi Receblide nevesine toy edib , ay DIN

NAC. RAZD.SEDRINE 2020-08-22 20:58:52

SIYAVUW DEYIR ECEB EDIB ERMENI TOYUNA GETMIWEM

Qarabağlı 2020-08-22 20:51:05

tövsiyə edirik ki, siz fikirlərinizi Qarabağ ətrafında cəmləyib problemi həll edəsiniz!

Eli 2020-08-22 19:39:43

Bu teklif yerine yetirilse ara qarışıb defter itecek,çünkü maraqlı faktlar ortaya çıxacaq .Gözleyek görek ne olur.

İsmayıl Xələfov 2020-08-22 18:46:12

Qaqa lap yuxarıdan göz vurmağı gözləyirlər axı? Özün beə şeyləri bilərsənbelə şeyləri bilərsən

Almas 2020-08-22 18:29:30

DİN-in rəhbəri də Naxçıvandandır.Ona görə onun bu işdən kənarda qalması bəllidir.

ejder 2020-08-22 14:53:04

BAWQA NAZIR VE MEMURLAR KECIRENDE OLAR,HIYYY

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol