Menu

"Onu Elçin Babayev cəzalandırmalıdır "– YAP-dan açıqlama

22.08.2020, 16:21
"Onu Elçin Babayev cəzalandırmalıdır "– YAP-dan açıqlama

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə "tost" deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı BDU-nun rektoru verməlidir:

“Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun "Üzvi kimya" kafedrasının müdiri olduğuna görə, onunla bağlı qərarı biz verə bilmərik. Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır”.

Şərhlər

Omer 2020-08-24 04:44:26

Abel muellim qanunsuz toyda qanunsuz istirak edib...! Amma tost qanuni olub. Yeni o oz fikri I bildirib. Insandi fikirleri e gore cezalandirmaq olmaz.! Niye gorese qanunsuz toydan Cox tostdan danisirlar? Basa dusulen deyil

nihad 2020-08-22 23:38:54

abel- ramiz mehdiyevə borcunu qaytarır,sözün hər mənasında

Ramiz 2020-08-22 22:09:44

abel Mendoza cahir krali getsin Mona Lizaya tamada olsun

Sabir 2020-08-22 21:30:21

Azerbaycanda esl ziyali qalmayib cox heyif olsun

Ağayev Ağahüseyn 2020-08-22 19:52:32

Abelin birinci CAXIRINDAN sonra oqlunun QARA işlərindən başlamaq lazımdır.Bu dələduzlar nə qədər ki,cöldədi DÜNYA DÜZƏLMƏZ VALLAH.Bir TÜRMƏ tikmək lazımdır OMBAKIDA bu dələduzlzrı yıqmaq ora.

Müəllim 2020-08-22 18:25:38

Qarantin qaydalarını pozanı bir qayda olaraq DİN-nin işçiləri tutur və məhkəmə cəzalandırır.Normal cəmiyyətdə qayda pozma,cinayət və digər hüquqpozmalar bu orqanlar tərəfindən yerinə yetirilir.Burada YAAP üzvü,kafedra müdiri kimi məfhum yoxdir.Bəs niyə Məhərrəmov belə cəzalandırılmır? Axı Universitet daxili nizam-intizama nəzarət edər.

RP 2020-08-22 17:57:32

Doqurdan ? Bes yuxarida oturannar ? Tebib ? Polis ? ayibdiyeee cox ayiblar olsun ! Millet onsuzda alcsldilib , day belede , dalsan zerbe olmaz , Aciq ashkarna

Qanun 2020-08-22 17:10:27

Niyə özünüzü yorursuz? Polis səlahiyyəti çatır ki, hamını qanun çərçivəsində cəzalandırsın. Qərarı isə məhkəmə verir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol