Menu

“MƏN ETDİYİM İŞİ HEÇ VAXT GİZLƏTMİRƏM...”– "Mən cəfəngiyyat adamı deyiləm ki..."

22.08.2020, 17:38
“MƏN ETDİYİM İŞİ HEÇ VAXT GİZLƏTMİRƏM...”– "Mən cəfəngiyyat adamı deyiləm ki..."

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb.

Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

"O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir".

Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

"O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub".

Şərhlər

avtomobilist Emin 2020-08-23 22:19:17

Hecnə demirəm Allahdan və cənab Prezidentdən arzum budur ki bu ziyanı hər gündə ən azı dörd beş dəfə milyonlar taladığı betan yolda o başa bu başa sürüb aparalar. onda bilər ki bu yoldan istifadə edən sürücü və sərnişinlər onun dədəsinə nənəsinə nətəri dualar edir. yəni tərsəsinə...

ayrım 2020-08-23 22:16:43

Hec olmasa abırın olsun cəfəngyat adı gələndə sus. Sənin həyatın başdan-başa cəfəngiyatdır. İşin də əməlində onun kimi.Xalqın dövlətin malını aciqca talayıb Ramiz Mehdiyevlə bölüşəndə, onu n dalınca dəsmallı gəzəndə rayonlardakı mülkərinizdə kef cəkəndə hec cəfəngiyatdan danışmırdın. Niyə dnıçırsan qorxursan nəyi var. Elə gözünün odunu alıblar .... qorxursanən azı elədiklərin qanunsuzluqların üzə cıxmasından.

Kamal 2020-08-23 20:08:53

Sən gizlətmirdin, qoçularını indi müxtəlif YOLlarda jurnalist olan, müxbirlər idi

Murad 2020-08-23 16:37:46

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

siyase ci 2020-08-23 15:04:46

UŞAQ EVLƏRİ ÜÇÜN YAXSI BAĞ EVLƏRİNİZ VAR BAĞISLIYIN ONLARI UŞAQ EVLƏRİNƏ

t.ədalət 2020-08-23 14:34:32

"Qanunlara riayət edən" Ziya Məmmədovun nazir olduğu dönəmdə qoçularının əli ilə döydürüb-öldürtdükləri biçarə taksi sürücülərini yadıma saldı.Bəli,Ziya qanunlara belə riayət edirdi..

Doktor 2020-08-23 05:31:52

Xeyr, sən iman əhlisən. Bakı-Quba yolunu gedənlər hər gün yeddi arxa dönəninə dayanmadan "rəhmət" oxuyurlar.

Mehdi 2020-08-22 23:37:49

Bu duz deyir hec ne gizletmir,birçə oqurladiqi milyardlarla pullardan basqa.Cox kişi adamdi ne olsa acib danisir.Pullari harda gizledibse yerini hec kime demir.

vetendaş 2020-08-22 22:48:35

yüz manat vergi borcuna göre adamı damlayırlar. böyük-böyük pulları ogurlayanlar azadlıqda gezir. (( bu cezasızlıq ne qeder davam edecek? her kes bilir ama aidyyeti qurumlar qulaqlarına pambıq gözlerine qara eynek taxıb. rehmetlik şehid prokurorumuz yada düşür bu yerde

Neyman 2020-08-22 22:03:11

Ramiz Mehdiyevə vaxtı ilə yaltaxlanlar indi aslan olublar. Məsəl var Öküz qocalanda .....

RAMIZ 2020-08-22 21:10:18

Bunlarin sifetinden nur sachir bir bahin siymalarina....

Nazim 2020-08-22 18:38:45

Bu...hele bayirdadir?

İşsiz 2020-08-22 18:25:58

Ziya Məmmədov yalan deyir. Azərbaycanda heç vaxt qayda-qanun hamı üçün eyni olmayıb belə ki, eyni olsaydı sizin kimilər çoxdan məhkəmə qarşısında cavab verməli idiniz.

Vaqif 2020-08-22 17:57:02

Ogru elə bagırdı ki, dogrunun bagrı yarıldı.İlahi bu nə qədər həyasız adamdır? Bu ölkədə QANUNLARI ən çox tapdalayan Ziya indi düzlükdən necə alovlu danışır.Belə getsə hələ HAQQ,ƏDALƏT ugrunda savaşa da çıxacaq.Çünki, bunun axırına qədər gedilmədi, heç ortasına qədər də gedilmədi.Hələ çoooxxx pulu qalır və onu dingildədir....

Eko 2020-08-22 17:51:49

Ayi meselesi (((

AMIN 2020-08-22 17:50:43

Ziya müəllim alıb verdiklərinizidə deyə bilərsiniz?Oğlunuzun xaricdə hansı vəsait hesabına yaşadığınıda deyə bilərsiniz??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol