Menu

“Qanunlara riayət etməliyik" - Eldar Quliyev

22.08.2020, 21:26
“Qanunlara riayət etməliyik" - Eldar Quliyev

"Ölkəmizdə artıq 7-ci aydır ki, pandemiya səbəbindən karantin elan olunub. Milli Məclis pandemiya dövründə qanunlar qəbul edib. Pandemiyanın qarşısını almaq üçün hər bir tədbir görülüb və qanunlar da qəbul olunub. Nazirlər Kabinetində Baş nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb". "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Onun sözlərinə görə, hər gün insanlara COVİD-19-la bağlı məlumatlar verilir: "Kimliyindən asılı olmayaraq heç kəs toy, yas və nişan mərasimləri keçirə bilməz”.

Eldar Quliyev bildirib ki, belə bir toyu hansısa adi adamın deyil, ölkə rəhbərliyində təmsil olunan şəxsin etməsi qəbuledilməzdir: “Bu toyu tanınmış və savadlı şəxslər edib. Bu yolverilməzdir. Tanınmış ziyalıların karantin müddətində toy etməsini qəbul edə bilmirəm. Bu hadisəni qınayıram. Eyni zamanda, bəzi deputat yoldaşlarımın da toyda iştirak etməsinə təəssüf edirəm. Dövlətin öz qanunları var. Hər birimiz o qanunlara riayət etməliyik. Qanunda da göstərilib ki, qaydaları pozanlar cəzalandırılmalıdır. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil. Artıq toy edən valideynlər qanun qarşısına çıxaraq cəzalandırılıblar”.

Parlamentarinin sözlərinə görə, heç bir deputatın qaydaları pozmağa ixtiyarı yoxdur: “Ölkə Prezidenti və Birinci vitse prezident bu məsələni daima diqqət mərkəzində saxlayır və insanların sağlamlığının qorunması istiqamətində xeyli işlər görülür. Deputat parlamentdə seçiciləri təmsil edir. Biz seçicilərimizə nümunə olmalıyıq. Biz deputatlar seçilmiş insanlarıq. Hər birimiz ali təhsilli, savadlı, ziyalı şəxslərik. Türkiyədə belə bir ənənə var. Hətta sabiq millət vəkilinə “sayın millət vəkilim” deyə müraciət edirlər. Bu ənənə bizdə də olmalıdır. Biz hər kəsin qarşısında nümunəvi addımlarımızla seçilməliyik. Göstərməliyik ki dövlətin qanunu hər şeydən vacibdir. Dövlət bu qanunu qəbul edibsə biz o qanunlara birmənalı olaraq əməl etməliyik. Parlamentdə əyləşən hər bir deputat ziyalıdır. Qəbul etdiyimiz qanunları pozmağa ixtiyarımız yoxdur”.

Şərhlər

Firdövsi 2020-08-23 10:59:37

Qanunlara MM-də gündə bir don geydirərək tualet kağızına döndərmisiniz.Ölkənin Konstitusiyası nə qədər kiminsə xatirinə dəyişər?Qanuna o vaxt düzgün əməl olunar ki, Qanun Şah olsun.Bizim ölkədə belə omadığından millət də çaş-baş qalır.

Eko 2020-08-23 09:20:30

Deputat o vaxt nûmunevi olar ki , onu xalq secer(((( Bizdeki deputatlar ise qiydirme deputatlardi , Bunu ôzderide bilir xslqda ,,, lap ele bashqalarida

.EJDER 2020-08-23 01:47:59

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Mehdi 2020-08-22 23:32:44

Guya bunun özu qanunlara hörmet eliyendi.Òzude savadsizin medeniyyetsizin biridi.Guya bunu deputat secibler.Seni deputat teyin edibler..

RP 2020-08-22 23:01:53

Aha teze sôhbet (((( nûmunevi deputat vaaar ?

Həsən 2020-08-22 22:48:12

SAvadlı dediyiniz "elmlər doktoru"Siyavuşdur?Onun lmi də özü qədər çılızdır.O Əfqanıstanda 2naçalnim razvedkanın rəisi" olub.amma anlaya bilmir ki, elə vəzifə olmur.Bel... YAP hansı .... tapıb gəytirib başda oturdub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol