Menu

“Xalqımızın böyük əksəriyyəti Elçibəyi hörmətlə yad edir” – Qüdrət Həsənquliyev

22.08.2020, 22:32
“Xalqımızın böyük əksəriyyəti Elçibəyi hörmətlə yad edir” – Qüdrət Həsənquliyev

“Hər bir insan kimi Əbülfəz bəyin də zəif cəhətləri yox deyildi, amma O, müsbət xarakterizə olunan insana məxsus əsas keyfiyyətlərə malik, xeyirxah və dürüst bir adam idi”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev eks-prezident Əbülfəz Elçibəyin vəfatının 20-ci ili ilə bağlı danışarkən deyib.

Partiya sədri qeyd edib ki, Elçibəy Azərbaycan kişisinə xas olan bütün dəyərlərə sahib idi.

“Elçibəy mənim yaddaşımda dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar insan kimi qalıb. Ona prezident olaraq Azərbaycanda demokratik, hüquqi dövlət, mülki cəmiyyət quruculuğu istiqamətində islahatlar həyata keçirib arzularını gerçəkləşdirməyə imkan vermədilər. Elçibəy xarici və daxili siyasətdə buraxılan kobud səhvlər səbəbindən hakimiyyətini qoruyub Qarabağı işğaldan azad edə, ölkəmizi böyük fəlakətlərdən qoruya bilmədi. Bütün bunlara baxmayaraq, milli ideyalarına, insanlara olan sevgisinə və dövlət adamı kimi təmizliyinə görə xalqımızın böyük əksəriyyəti tərəfindən Elçibəy bu gün böyük hörmətlə yad edilir. Əminəm ki, zamanla bu Böyük İnsanın bütün arzuları gerçəkliyə çevriləcək və bu zaman onun ruhu şad olacaqdır”.

“AzPolitika”

Şərhlər

t.ədalət 2020-08-23 23:18:48

Əbülfəz Əliyev hakimiyyəti indiki iqtidara ötürmək üçün ölkə əhalisini və ordunu başlı-başına buraxıb qaçan,yeni prezident seçilib legitimlik əldə edənə kimi Kələkidə qalıb xalqı aldadan bir nəfər idi.İstedad sahibi deyildi.M.Ə.Rəsulzadənin fəaliyyəti və elmi-inqilabi yaradıcılığı ilə Ə.Əliyevin qaçma şousunu müqayisə etmək istəyənlər də,görünür Azərbaycanın taleyinə biganə adamlardır.

Bəhram 2020-08-23 17:25:50

Bağışlayan Allah Əbülfəz bəyə RƏHMƏT etsin. Təəssüf ki, ölkəmiz, hələ də ədalət yolunda Sovetdən qalma mütiliyi qətiyyətlə əvəzləməyib?

Asim 2020-08-23 10:56:22

Elçibəyin prezidentliyinin və süqutunda böyük əmmaları mövcuddur.Ona peyğəmbər sifəti geyindirib.milləti aldatdılar və nəticəsin.yəni ağrısını bu gün millət çəkir.Bunu anlamaq o qədər çətin deyil.Onun Kələkiyə göndərilməsi və sonrakı həyatı bunu sübut edir.J

Shahriyar 2020-08-23 10:24:08

Xalqin boyuk ekseriyyeti deyende muellif bu meseleni nece mueyyenlewdirib. Muellif ozu de etiraf edir ki, E. Eliyev hakimiyyetde oldugu muddetde xalqimizin sonraki taleyinde agir izler qoymaqda davam eden boyuk sehvlere yol verib! Mence burada mentiq yoxdur!

.EJDER 2020-08-23 01:55:39

TURK KANALLARINA VERDIYI MUSAIBELERE BAXIN,AYILIN

Xanim 2020-08-23 00:00:09

Allah rehmet elesin.Boyuk qelb sahibi idi.Edaletli insan idi

Soltan 2020-08-22 23:32:18

Qüdrət bəy, ədalətli olun! Elçibəyxalqa verdiyi sözlərin, vədlərin heç birini yerinə yetirə bilmədi. Rüsvayçı şəkildə Dezertir Ali Baş komandan kimi tarixə düşdü.

Xalq 2020-08-22 23:25:42

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol