Menu

“BUNUN MÜTLƏQ CƏZASI OLMALI İDİ...” – Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda

23.08.2020, 10:03
“BUNUN MÜTLƏQ CƏZASI OLMALI İDİ...” – Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda

“Əgər, ölkə rəhbərliyi səviyyəsində koronavirus pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır” 

Bunu, “Turan” agentliyinə açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirib.

Deputat əlavə edib ki, Azərbaycanda minlərlə ailə var ki, toyunu təxirə salıb ölkədə uyğun vəziyyətin yaranmasını gözləyir: "Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram".

S. Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır: "Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq".

Şərhlər

nihad 2020-08-24 22:35:14

Sabir müəllim,odlu alovlu illərinizdən ancaq nala-mıxa vurma qalıb,bu da o deməkdir ki,indi siz əsl özünüzsümüz.Amma aqil abbasa baxanda siz kişi adamsınız, o isə cammatımızın nifrət hədəfinə çevrilib

Xanım 2020-08-24 11:14:32

Hər zaman olduğu kimi gah nala, gah da mıxa vurursan, Sabir bəy. Yəni bəlkə də qaytardılar.! Sən bütün fikirlərində konkter deyilsən. Bəlkə qayıtsa, yenə yerin yuxarı başda olsun, Eyyyy, gidi dünya.

nihad 2020-08-24 01:13:13

.....Amma aqil abbasa baxanda siz kişi adamsınız, o isə cammatımızın nifrət hədəfinə çevrilib

Кипчак 2020-08-23 21:26:42

Сабир никогда закон не нарушает!

nihad 2020-08-23 21:01:34

"qanun tələblərinə uymalıdır” - şairimizin "uymalıdır" sözünə özünüz düzəliş edin

Mehman 2020-08-23 20:52:39

Hansı qanunlardan danışırsan? Sən ki mūstəqil fikir belə yūrūdə bilmirsən.Yəqin ki şərhimi verməyəcəksiniz.

Mehman 2020-08-23 16:04:30

Təəccüblənmək lazım deyil, Bu axı Sabir Rüstəmxanlıdır! Bunların ancaq gedənin arxasınca danışmağa cəsar\tlərib çatır.

Ağayev Ağahüseyn 2020-08-23 15:42:05

Sabir müəllim ali məktəbdə üc almaq ücün dəridən qabıqdan cıxan nə qədər MM-də həmkarınız var hələ SİZİN KİMİLƏRİDƏ dolayırlar.Düzdür sürü qayıdanda EŞŞƏK qabaqa düşür belələri bəyəm QALUSTUK taxıb orada oturmasaydı bu baş verərdi.Xaiş edirəm mənə səmimimcavab yaz. SİZƏ olah hörmətim itməsin.

t.ədalət 2020-08-23 14:29:29

S.Rüstəmxanlı dünənədək Ramiz Mehdiyevin kitablarına rəy yazmaqdan feyziyab olan biridir.

Sabir Rüstəmxanlıya 2020-08-23 12:48:39

hamıya eyni gözlə baxın, ombudsman qaldı, onu yaddan çıxarmayın.

Ədalət 2020-08-23 11:42:21

Ambudsmana qanunlar aid deyil ????

.EJDER NAQILBAZ 2020-08-23 11:27:46

BU KLIPI YAYIN GETSIN,HA HA HA ,BELE CEZA OLMUR.HAQQ,EDALET YOXDUR

Rp 2020-08-23 10:58:50

bas ambusman xanim ?

Rüstəmxanlıya 2020-08-23 10:47:39

Bura Azərbaycandır Sabir qağa!.Unutma!Burada Şah qanundur!Belə deyilsə hər yerdə peyda olan Polis niyə oraya getmədi?r

Kamal 2020-08-23 10:34:02

"Araz" radiosundan eşidib, toy olduğunu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol