Menu

Daha 169 nəfər koronavirusa yoluxub - 3 nəfər vəfat edib

23.08.2020, 20:17
Daha 169 nəfər koronavirusa yoluxub - 3 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, 1 763 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 432, bu günə qədər isə ümumilikdə 873 777 test icra olunub.

Şərhlər

Lətif 2020-08-23 22:35:22

yenə nəsə insanlar üçün məhdudiyyət yaratmaq məqsədilə sayları artırırlar.axı belə görünmür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol