Menu

"Gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək" - Rusiyalı vitse-admiral

24.08.2020, 11:57
"Gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək" - Rusiyalı vitse-admiral

"Biz yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq. Dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib".

"Report"un məlumatına görə, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini, vitse-admiral Vladimir Kasatonov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, "Dəniz kuboku" yarışları hər iki ölkənin dostluq və dəniz qardaşlığının rəmzidir: "Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yarışların şərtləri ildən-ilə inkişaf edir. Hesab edirik ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək. Bu, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".

Şərhlər

Xalq 2020-08-24 14:30:34

sizin kimi dostu itirək, axtaraq.

t.ədalət 2020-08-24 14:14:10

Görünür,"oyunun şərtlərini dəyişmək" dedikdə ölkəmizi işğal etmək üçün bir forma fikirləşiblər.Dağıstanın Kaspiysk şəhərində yaradılan yeni hərbi dəniz qüvvələri,məgər,yenidən Bakının işğalı üçün deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol